Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarına əlavələr
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd.
== Mahiyyəti ==
Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış
binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi.
== Əlavələr ==
Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.